Sarkisyanın deməyə sözü yoxdur
02 Dekabr 2010 Cümə Axşamı 16:10
Qarabağın Azərbaycanlı İcmasının rəhbəri prezidentlərin görüşünün baş tutmamasına münasibət bildirib
Astanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmamasının yeganə səbəbi rəsmi İrəvanın nümayiş etdirdiyi qeyri-konstruktivlikdir. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri bu fikirlə çıxış edib.

Bayram Səfərov Ermənistan prezidentini ikiüzlülükdə ittiham edib. O bildirib ki, Serj Sarkisyan prezidentlərin hər yeni görüşündə bir fərqli söz deyir. O həmçinin Sarkisyanın deməyə sözünün olmadığını vurğulayıb.

“Görüşüb nə deyəcək axı? Guya nə vaxt görüşüb və ya görüşdüyü ərəfədə öz sözünü deyib. Edə bilmir axı. Hərəyə bir söz deyib. Gələcəkdə görüş ola bilər. Lakin o hər görüşdə bir söz deyir. Gələn dəfə isə fikrini dəyişir. Çünki öz müstəqil fikri yoxdur”, - deyə o bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar