Respublikanın şimal bölgəsinə gedən magistral yolun qısaldılması və əhalinin gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə Samux-Zaqatala yolunun çəkilməsi nəzərdə tutulub.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bu yolun inşasına cari ilin axırlarında başlanacaq və 2011-ci ildə istifadəyə veriləcək.
70 kilometr uzunluğunda olacaq yeni magistral yol istifadəyə verildikdən sonra Samuxdan Zaqatalaya getmək üçün məsafə təxminən 200 kilometr qısalacaq. anspress
Samuxdan Zaqatalaya yol çəkiləcək
Şimal bölgəsinə gedən məsafə təqribən 200 km. qısalacaq.




Şərhlər