Ölkə

Samur - Həzrə yolu açıldı

Yolun açılışında prezident İlham Əliyev iştirak edib.

· Xəbərçi
Samur - Həzrə yolu açıldı
Azərbaycan prezidenti İlham Əliyev bu gün Samur-Həzrə yolunun açılışında iştirak edib. Məlumat verilib ki, prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli sərəncamı ilə yolun yenidən qurulmasına dövlət başçısının ehtiyat fondundan 6,5 milyon manat vəsait ayrılıb. Uzunluğu 23 kilometr, eni 6 metr olan yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra 3 istiqamətdə - Həzrə-Mucuq, Həzrə-Sudur, Həzrə-Zuxul istiqamətlərində davam edir.

Yeni yolun istifadəyə verilməsi münasibətilə qusarlıları təbrik edən İlham Əliyev onlara gələcək işlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. ANSPRESS

Şərhlər