Samur gömrük buraxılış məntəqəsi açıldı
12 Avqust 2010 Cümə Axşamı 18:25
Samur gömrük buraxılış məntəqəsi açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
Bu gün prezident İlham Əliyev “Samur” gömrük buraxılış məntəqəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olub.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyev dövlət başçısına məlumat veriblər ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 5 hektardır ki, bunun da 11500 kvadratmetrində binalar və qurğular yerləşir. Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib.
Gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olan İlham Əliyev tapşırıq və tövsiyələrini verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: