Ölkə

SAM-ın direktoru işdən çıxarılıb

Bu barədə prezident İlham Əliyev 21 yanvar tarixində sərəncam verib

· Xəbərçi
SAM-ın direktoru işdən çıxarılıb
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev tutduğu vəzifəsindən azad edilib. SAM-ın mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, o, prezident İlham Əliyevin 21 yanvar tarixli sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb.

Anar Hüseynovun sözlərinə görə, mərkəzə yeni direktor təyin edilməyib.

Xatırladaq ki, Elxan Nuriyev prezident İlham Əliyevin sərəncamına əsasən 2008-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdi.

Şərhlər