Şadlıq evlərindən götürülmüş nümuələrdə mikrobioloji çirklənmə aşkarlanıb
30 Oktyabr 2010 Şənbə 01:40
Bu ilin 9 ayı ərzində 511 qida zəhərlənməsi hadisəsi baş verib.
2010-cu ilin 9 ayı ərzində respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən 10044 yeyinti məhsulu nümunəsi orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə, 6883 nümunə mikrobioloji, 2057 nümunə toksikoloji, 254 nümunə isə radioloji göstəricilərinə görə laboratoriya müayinələrinə cəlb olunub. Səhiyyə Nazirliyindən AzərTAc-a verilən məlumata görə, nümunələrin 128-də orqanoleptik və fiziki-kimyəvi, 143-də mikrobioloji, 14-də toksikoloji göstəricilərinə görə normalardan kənara çıxma halları müəyyən olunub. Şadlıq evlərindən götürülmüş 39215 yaxma nümunəsinin 870-də, 1161 soyuq qəlyanaltı nümunəsinin 18-də mikrobioloji çirklənmə aşkar edilib.

Yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 1042 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 635 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 427 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Əhali arasında 511 qida zəhərlənməsi hadisəsi baş verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar