Sabirabadda polislə yerli sakinlər arasında qarşıdurma olub
12 Avqust 2010 Cümə Axşamı 12:35
Sakinlər Sabirabad-Şirvan yolunu bağlamağa cəhd göstəriblər.
Kür çayında baş verən daşqınlar zamanı ziyan çəkən Sabirabad sakinləri dövlət tərəfindən onlara veriləcək kompensasiyanın düzgün hesablanmamasına etiraz əlaməti olaraq aksiya keçirir. Bu gün saat 10.00 radələrində Sabirabadın evlərini su basan Ulacalı, Mürsəlli və Şıxlar kəndlərinin 100-ə yaxın sakini Sabirabad – Şirvan yolunu bağlamağa cəhd göstəriblər. Hadisə yerinə gələn rayon polis şöbəsi və çevik polis alayının əməkdaşları gələrək aksiyanı yatırmağa çalışıblar. Bu zaman aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə 16 nəfər saxlanılaraq şöbəyə aparılıb. Hazırda onların ifadəsi alınır. Bu barədə aksiya iştirakçıları ANS PRESS-ə məlumat veriblər.

Rayon polis şöbəsindən də faktı ANS PRESS-ə təsdiqləyiblər. Şöbə rəisi Adili Vəliyev ANS PRESS-ə bildirib ki, aksiya keçirən sakinlərin məqsədi onlara veriləcək kompensasiyanın düzgün hesablanmamsı olub.

Hazırda aksiya davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar