Ölkə

Sabiq iqtisadi inkişaf nazirinin oğlu evləndi

Sabiq iqtisadi inkişaf nazirinin oğlu Emin Babayevin nikah mərasimi Türkiyədə keçirilib.

· Xəbərçi
Sabiq iqtisadi inkişaf nazirinin oğlu evləndi
"Standard" futbol klubunun prezidenti, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev ailə həyatı qurub. Fanat.az "İn Radio"ya istinadən xəbər verib ki, nikah mərasimi iyulun 9-da keçirilib.

Türkiyənin Kəmər istirahət bölgəsindəki bahalı otellərdən birində baş tutan mərasimə dəvət edilən, adının çəkilməsini istəməyən qonaqlardan birinin verdiyi məlumata görə, sabiq nazirin oğlunun toyuna Bakıdan yollanan qonaqlar üçün xüsusi çarter reysi təşkil edilib. ANSPRESS

Şərhlər