Sabah Bakının bəzi ərazilərinin qaz təzhizatında müvəqqəti məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 700 mm-lik “Hövsan-Digah-Qaradağ” magistral qaz kəməri ilə 500 mm-lik “Cənub” magistral qaz kəmərinin “Zabrat-2 Qazpaylayıcı Stansiyası – Buzovna Qazpaylayıcı Stansiyası” arasındakı 150 mm-lik əlaqələndirici qaz kəmərinin diametri 300 mm olan qaz kəmərilə əvəz olunması işləri ilə əlaqədar olaraq sabah fevralın 11-də saat 10.00-dan “Cənub” magistral qaz kəmərinin “Zabrat-2 Qazpaylayıcı Stansiyası – Buzovna Qazpaylayıcı Stansiyası” hissəsində təbii qazın nəqli dayandırılacaq.
Həmin müddət ərzində Buzovna qəsəbəsində, Nardaran və Maştağa qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Sabah bəzi yerlərində qaz olmayacaq
Buzovna, Nardaran və Maştağa qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq




Şərhlər