Sabah Şamaxıda qaz olmayacaq
Şamaxıda baş vermiş qaz sızması aradan qaldırılacaq.
Baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar sabah saat 09:00-dan 18:00-dək Şamaxı, Çuxuryurd və Mədrəsə açıq qazpaylama stansiyalarında təbii qaz təchizatı dayandırılacaq. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin müddət ərzində Şamaxı şəhəri, Kərkənd, Mədrəsə, Muğanlı, Mirikənd, Mərcəy, Qaravəlli, Qurdtəpəkənd, Məlhəm, Çuxuryurdkənd, Əngixaran və Pirqulu kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq. ANSPRESS




Şərhlər