Sabah hava buludlu olacaq, şimal-şərq küləyi əsəcək
13 Avqust 2010 Cümə 14:25
Çimərlikdə suyun temperaturu 30-31° çatacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosundan ANS PRESS-ə verilən məlumata görə, havanın temperaturu gündüz 37-39°, yarımadanın bəzi yerlərində 40°, axşam 26-29° olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 30-31° çatacaq.

Sabah avqustun 14-də az buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26°, gündüz 36-39°, bəzi yerlərdə 41° olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 30-31° olacağı gözlənilir.

Bazar günü avqustun 15-də hava az buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27°, gündüz 36-38°, bəzi yerlərdə 41°-ə çatacaq.

Gələn həftənin ilk günü avqustun 16-da da az buludlu olacaq, yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27°, gündüz 36-39° olacaq.

Azərbaycanın rayonlarında sabah yağmursuz, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 37-39°, bəzi yerlərdə 42°, dağlarda gecə 16-20°, gündüz 29-34° olacaq.

Avqustun 15-16-da yağmursuz. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 36-38°, bəzi yerlərdə 40°, dağlarda gecə 15-20°, gündüz 26-31° olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar