Sabah Bakıda şaxta olacaq
11 Fevral 2011 Cümə 11:30
Paytaxta yağış, rayonlara qar yağacaq
Şənbə günü ölkə ərazisində yağmurlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 11-dən 12-nə keçən gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Gündüz güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər qərb, gündüz isə şərq rayonlarında yağıntılar tədricən kəsiləcək. Gün ərzində əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar