20 yanvar Ümummilli matəm günündə Bakıda və Abşeron yarımadasında yağıntılı hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, yanvarın 19-dan 20-nə keçən gecə yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu 0°-yə yaxın olacaq. Günün ikinci yarsında yağıntı tədricən kəsiləcək. Havanın temperaturu 4-6° isti təşkil edəcək.
Yanvarın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.
Yanvarın 22-də də dəyişkən buludlu, əsasən yağmursuz hava davam edəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Yanvarın 21-22-də gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Ayın 21-də şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək. ANSPRESS
Sabah Bakıda şaxta olacaq
Azərbaycanın rayonlarında sabah sulu qar, qar yağacağı gözlənilir.




Şərhlər