Xəzəryanı ölkələrin dövlət başçılarının noyabrın 18-də keçiriləcək sammiti ilə əlaqədar Bakı şəhərinin bəzi prospekt və küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə "Trend" Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev məlumat verib.
Qeyd edək ki, noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrinin dövlət başçılarının sammiti keçiriləcək. Sammitdə Rusiya, İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan prezidentlərinin iştirakı təsdiqlənib. Bakı sammitində Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.
Hənifəyev bildirib ki, sammitlə bağlı şəhərin Heydər Əliyev, Neftçilər və Parlament prospektlərində, İnqilab küçəsi, "Gənclik" metrostansiyası istiqamətində avtomobilin hərəkəti məhdudlaşdırılacaq.
BDYPİ sürücülərdən imkan daxilində alternativ yollardan istifadə etməyi xahiş edir. ANSPRESS
Sabah Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bu, Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti ilə əlaqədardır.




Şərhlər