İyul ayının son günlərində respublika ərazisində kəskin istilər olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah günəşli hava şəraiti müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27°, gündüz 36-39°, bəzi yerlərdə 41 °, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30° isti olacaq.
İyulun 30-da günəşli hava proqnozlaşdırılır. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27°, gündüz 36-39°, bəzi yerlərdə 41° təşkil edəcək.
İyulun 31-də də günəşli hava olacaq, şimal- şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-27°, gündüz 36-39° təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 29-da günəşli, şərq küləkli hava gözlənilir. Havanın temperaturu gecə 20-25°, gündüz 37-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 15-20°, gündüz 28-33° olacaq.
İyulun 30-31-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 37-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 15-20°, gündüz 29-34° təşkil edəcək. ANSPRESS
Sabah 41-42 dərəcə isti olacaq
Ölkə ərazisində iyulun son günlərində kəskin istilər olacaq.




Şərhlər