Saat 15:00 - seçicilərin 37,96 faizi səs verib
07 Noyabr 2010 Bazar 16:15
Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb.
Saat 15.00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 37,96 faizi parlament seçkisində iştirak edib. ANS PRESS-in Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşının məlumatına görə, 1 877 517 nəfər səsvermə hüququndan istifadə edib.

Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb. Rəqəmlər bu dairə üzrə 61,03 faiz seçicinin səs verdiyini göstərir.

Ən aşağı seçici fəallığı 22 saylı Nəsimi II Seçki Dairəsində müşahidə olunub. Saat 15:00-a qədər bu dairədə seçicilərin 29 faizi səs verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar