Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfər edəcək. Gürcüstanın Azərbaycandakı səfiri Teymur Şaraşenidzenin verdiyi məlumata görə, səfərin 2011-ci ilin ikinci və ya üçüncü rübündə baş tutacağı gözlənilir.
Onun sözlərinə görə, səfər zamanı prezidentlər ikitərəfli münasibətlərin geniş spektrini müzakirə edəcək, müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlər imzalayacaqlar.
Saakaşvili Azərbaycana rəsmi səfər edəcək
Səfər zamanı bir sıra sənədlər imzalanacaq




Şərhlər