Rusiyada axtarışda olan şəxs Gəncədə tutuldu
Araşdırmalar davam edir
Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sankt Peterburq şəhəri Frunze Daxili İşlər İdarəsi tərəfindən axtarılan Elxan Məmmədov tutularaq aidiyyati üvrə təhvil verilib. O, RF CM-nin 162-ci (quldurluq) və 126-cı (adam oğurluğu) maddələri ilə axtarışda olub.




Şərhlər