Ölkə

Rusiya Şahdəniz qazına göz dikib

Rusiya "Şahdəniz" qazına göz dikib. "Qazprom" bu il 1 milyard kubmetr, gələn il isə 2 milyard kubmetr qaz alacaq.

· Xəbərçi
Rusiya Şahdəniz qazına göz dikib
Bu il Rusiya Azərbaycandan 1 milyard kubmetr, gələn il isə 2 milyard kubmetr qaz alacaq. Azərbaycanla uzunmüddətli perspektivdə əməkdaşlıq edəcəklərini deyən “Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, iki ölkə arasında əldə olunan razılığa görə, qaz alqısı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

“Biz hazırda Azərbaycandan “Şahdəniz-1” layihəsi çərçivəsində qaz alırıq və azərbaycanlı həmkarlarımıza bildirirəm ki, “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsində də hasil olunacaq qazın hamısını almaqda maraqlıyıq”,- deyə Aleksey Miller bildirib. ANSPRESS


Şərhlər