RRB-nin Bakı iclası çərçivəsində sənəd imzalanıb
23 Noyabr 2010 Çərşənbə Axşamı 17:25
Əli Abbasov: “Azərbaycan regional əməkdaşlığa böyük əhəmiyyət verir və RSS fəal regional birliklərdən biridir”
Bu gün Bakıda Rusiyanın Rabitə Administrasiyası ilə "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı (BKRT) Rusiya tərəfinin Beynəlxalq Telekommunikasiya İttifaqındakı (BTİ) peyk şəbəkəsinin tezliklərinin mənimsənilməsinə dair saziş imzalayıb. Saziş Regional Rabitə Əməkdaşlığının (RRƏ) Rabitə administrasiyaları rəhbərləri Şurasının 43-cü iclası çərçivəsində imzalanıb.
Bundan əlavə, 2011-2014-cü illərdə poçt rabitəsi sahəsində RRƏ ilə Panafrika Poçt İttifaqı arasında əməkdaşlıq proqramı çərçivəsində də saziş imzalanıb.
“Azərbaycan regional əməkdaşlığa böyük əhəmiyyət verir və RSS fəal regional birliklərdən biridir. Bu təşkilat bizim informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair siyasətimizə müsbət təsir göstərir və ortaya çıxan bir sıra problemlərin həllinə köməklik göstərir”, - deyə iclasda RİTN rəhbəri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda İKT-nin inkişafına böyük diqqət ayrılır, bu istiqamətdə bizim əsas məqsədlərimizdən biri rabitə sahəsində regional birlik (RSS) ilə daha sıx əməkdaşlıq qurmaqdır.
Bakıdakı iclas çərçivəsində RSS poçt rabitəsi operatorlarının fəaliyyətinə yekun vurulub, onun gələcək inkişaf istiqamətləri müəyyən edilib.
Bundan əlavə iclasda RSS ölkələrində peyk rabitəsinin inkişafı vəziyyətləri müzakirə edilib. Şura müvafiq komissiyalara RSS-ə üzv olan ölkələrin orbital peyk ehtiyatları ilə təmin edilməsi üçün təkliflərin hazırlanmasının davam edilməsini tapşırıb.
İclas zamanı RSS ölkələrində yeni elektrorabitə xidmətlərinin tətbiqi barədə “”beynəlxalq ödənişsiz zəng” və mobil rabitə və taksafon şəbəkəsinin bu xidmətə çıxışının açılması imkanı kimi hesabat dinlənilib.
DOSTLARINLA PAYLAŞ: