RoyalBank istiqraz yerləşdirilməsinə başlayır
11 Fevral 2011 Cümə 11:10
Bu gün bankın 10 milyon dollarlıq istiqrazlarının yerləşdirilməsinə başlanılması nəzərdə tutulur
“Bakı Fond Birjası” QSC-nə (BFB) “RoyalBank” ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub. Bu gündən etibarən BFB-də “RoyalBank”ASC-nin istiqrazlarının yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ200200567, emissiyanın həcmi 10 milyon dollar, yerləşdiriləcək istiqrazların sayı 10 000 ədəd, bir istiqrazın nominal dəyəri 1 000 dollar, istiqrazların tədavül müddəti 360 gün, istiqraz üzrə gəlirlilik 4 faiz, faiz ödəniş dövrünün müddəti 30 gün, anderrayter “Çelsi Kapital” MMC-dir.
DOSTLARINLA PAYLAŞ: