Sabah Avro-2012-nin seçmə mərhələsində Vyanada keçiriləcək Avstriya-Azərbaycan oyununu hər iki ölkənin futbol federasiyalarının rəhbərləri izləyəcək. AFFA prezidenti Rövnəq Abdullayev avstriyalı Leo Vindtnerlə birgə matça “Ernst Happel” stadionunda tamaşa edəcək.
Onlar Bakı vaxtilə saat 23:30-da başlayacaq oyundan əvvəl ziyafətdə görüşəcək. Orada ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov da iştirak edəcək. F.İsmayılov federasiya prezidentləri ilə birgə oyunu stadionundan izləməyə gedəcək. ANSPRESS
Rövnəq Abdullayev Vyanaya gedib
AFFA prezidenti Rövnəq Abdullayev Avstriya-Azərbaycan oyununu canlı izləyəcək.




Şərhlər