Bu həftə ölkə ərazisində qeyri-sabit hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 19-21°, axşam 16-18° olacaq.
Oktyabrın 5-də buludlu hava şəraiti davam edəcək, yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 17-20° təşkil edəcək.
Oktyabrın 6-da da yağış yağacağı ehtimal edilir. Gündüz havanın arabir açılacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 18-20° təşkil edəcək.
Oktyabrın 7-də dəyişkən buludlu, arabir tutqun hava olsa da gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 19-21° olacaq.
Azərbaycanın rayonlarında sabah fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlədə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-23°, dağlarda gecə 6-9°, gündüz 10-15° olacaq.
Oktyabrın 6-7-də yağmurlu hava davam edəcək. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayın 7-də gündüz tədricən kəsiləcək.
Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-15°, gündüz 18-23°, dağlarda gecə 4-8°, gündüz 9-14° təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, buludlu, rütubətli və küləkli havaların üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. ANSPRESS
Respublikada qar yağacaq
Bakıda yağış yağacaq, külək güclənəcək.




Şərhlər