Rayonlara yenidən yağış yağacaq
19 İyul 2010 Bazar Ertəsi 13:20
Həftənin ilk günləri Bakıda havanın temperaturu 35-38 dərəcə olacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq gözlənilir. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 35-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə olacaq.
İyulun 20-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 34-38 dərəcə isti olacaq.
İyulun 21-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, axşam buludluluq artacaq. Şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 35-38 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bu gün səhər hava şəraiti əsasən yağmursuz keçsə də, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 33-38, dağlarda gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə təşkil edəcək.
20-21 iyulda da gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: