Ramiz Həsənov: "Halal" standart nişanı deyil
20 Yanvar 2011 Cümə Axşamı 12:20
Ramiz Həsənov: "Azərbaycanda "halal" standartı hələlik müəyyən olunmayıb".
""Halal" standart nişanı deyil". ANS PRESS-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycanda "halal" standartı hələlik müəyyən olunmayıb və bu sadəcə olaraq ticarət nişanıdır.
"Bununla məhsulun halallığı ölçülə bilməz. Bu çox mübahisəli məsələdir", deyə R. Həsənov qeyd edib.
R. Həsənov onu da bildirib ki, Azərbaycan məsələ ilə bağlı bütün müsəlman ölkələrinə müraciət etdə də, bu sahə ilə bağlı bəzi problemlər var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: