Ramil Usubov ölkə vətəndaşlarını qəbul edəcək
05 Mart 2011 Şənbə 11:51
Görüş 14 rayonun əhalisi ilə baş tutacaq
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanın 14 rayonunun əhalisi ilə görüş keçirəcək. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, R. Usubov martın 15-də Şirvan şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Saatlı, Cəbrayıl sakinlərini qəbul edəcək.

İkinci qəbul isə martın 26-da Quba rayonunda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı sakinləri ilə keçiriləcək.

Qeyd edək ki, qəbul rayon polis şöbələrində saat 11:00-da baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar