Ölkə

Qusarda hərbi keçid olub

Xüsusi təyinatlılar meydanda döyüş bacarıqlarını nümayiş etdiriblər.

· Xəbərçi
Qusarda hərbi keçid olub
Milli Ordunun yaradılmasının 92-ci ildönümü Qusar rayonunda təntənəli sürətdə qeyd olunub. Müdafiə Nazirliyinin bu rayonda yerləşən N saylı hərbi hissəsinin əsgər və zabit heyəti Qusarın general Mahmud Əbilov adına mərkəzi meydanında toplaşıb. Hərbçilərin təntənəli təbrikindən sonra hərbi hissənin xüsusi təyinatlıları meydanda döyüş bacarığını nümayiş etdirib. Müxtəlif döyüş hərəkətlərindən sonra Azərbaycan bayrağını başları üzərində dalğalandıran xüsusi təyinatlıların çıxışı alqışlarla qarşılanıb.
Sonra hərbi hissənin şəxsi heyəti mərkəzi meydandan nümunəvi keçid edib. Hərbçilərin keçidi Qusarın küçələrində davam etdirilib və yenidən mərkəzi meydanda başa çatıb. ANSPRESS

Şərhlər