Ölkə

Quş ovuna qadağa uzadılıb

Qadağa daha bir ay davam edəcək

· Xəbərçi
Quş ovuna qadağa uzadılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində quş ovuna qoyulan bir aylıq müvəqqəti qadağanın müddəti yanvar ayının 1-dən etibarən daha bir ay uzadılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, 1 dekabr 2010-cu il tarixində qonşu ölkələrdə “quş qripi” xəstəliyinin (H1N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yarandığından ölkə ərazisində quş ovuna 1 aylıq müvəqqəti qadağa qoyulmuşdu.

Ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən keçirilmiş monitorinqlər nəticəsində ölkə ərazisində quş qripi xəstəliyinə yoluxma halları aşkar olunmayıb. Lakin havaların nisbətən mülayim keçməsi səbəbindən Azərbaycana quşların miqrasiyası tam başa çatmayıb. Bu isə miqrasiya prosesi zamanı köçəri quşlar vasitəsilə xəstəliyin ölkəyə daxil olma ehtimalının hələ də aktual olduğunu göstərir.

Şərhlər