Quba rayonunda təsərrüfat sahələrində və meşə massivində güclü yanğın baş verib
11 Avqust 2010 Çərşənbə 16:10
Qubanın Aşağı Xuc kəndində təsərrüfat sahələrində güclü yanğın baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, təqribən 400 hektar biçilən taxıl sahəsi yanıb.
Havanın çox isti və küləkli olması səbəbindən alov tezliklə yaxınlıqdakı meşə massivinə keçib. Hazırda Quba və Qusar rayonları arasında yerləşən meşə massivinin 2 hektar ərazisi yanıb. Hadisə yerinə Quba və Xaçmaz rayonlarının yanğınsöndürən briqadaları cəlb olunub. Təsərrüfat sahələrində yanğın söndürülsə də, meşə massivində buna nail olmaq çətindir. Məlumata görə, küləkli hava buna mane olur. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin briqadaları yanğının söndürülməsi üçün cəlb olunub.

Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Ramik Əşrəfov APA-nın əməkdaşına bildirib ki, yanğın yerli sakinlərin səhlənkarlığı ucbatından təsərrüfat sahələrində başlayaraq meşəyə keçib. Yanğının söndürülməsinə yerli əhali və müəssisənin işçiləri də cəlb olunub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar