Quba rayonuna qar yağıb
06 Oktyabr 2010 Çərşənbə 11:05
Azərbaycanın Quba rayonuna qar yağıb.
Quba Regional Hidrometeorologiya Mərkəzinin direktoru Aliya Ələkbərova APA-nın şimal bürosuna bildirib ki, qeyri-sabit hava şəraiti Quba rayonunun bir sıra ərazilərində özünü büruzə verib. Əraziyə düşən yağıntıların miqdarı 30 mm olub. Çaylarda sululuq artıb. Vəlvələçayda 17 kubmetr, Qudyalçayda 14 kubmetr su səviyyəsi qeydə alınıb. A.Ələkbərova deyib ki, ötən gündən başlayaraq, aramsız yağan yağış sulu qara, sonra isə qara çevrilib. Qubanın Qırız kəndinə yağan qarın hündürlüyü 1 sm-ə çatıb. Temperatur mənfiyə enib.
Qeyd edək ki, Qırız kəndi şəhər mərkəzindən 56 km uzaqlıqda yerləşir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar