Qonşu, həyətinə keçən ağac budaqlarını kəsmək hüququna malikdir
19 Yanvar 2011 Çərşənbə 06:30
Azərbaycan qanunvericiliyi vətəndaşların bir-birilərinin əmlaklarına hörmətlə yanaşmasını təmin edir.
Qanunvericilik vətəndaşların bir-birilərinin əmlaklarına hörmətlə yanaşmasını təmin edir. Azərbaycan respublikasının mülki məcəlləsində göstərilir ki, bir qonşunun tikinti sahəsi digər qonşunun ərazisinə keçirsə bu çıxıntılar mülkiyyətçinin əşya hüququ kimi tanınmalıdır. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulur ki, qonşu çıxıntılara görə, mülkiyyətçiyə etiraz etmək hüququna malikdir. Bundan başqa qonşu bunun qarşılğında qonşusundan müəyyən məbləğdə maliyyə vəsaiti tələb edə bilər.

Bununla yanaşı mülki məcəllədə çıxıntılı bitkilərlə bağlı müddəa qeyd olunub. Hüquqşünas Nəriman Məcidov vətəndaşların qonşunun həyətindən öz sahəsinə keçən ağac budaqlarını və köklərini kəsmək hüququna malik olduğunu deyir: “Normaya əsasən ağac budaqları və köklər qonşusunun ərazisinə keçərsə və qonşunun şikayət etməsinə baxmayraq ağlabatan müddət ərzində bunu aradan qaldırmazsa ağac budaqlarını və kökü kəsib özündə saxlamaq hüququna malikdir”.

Bundan başqa mülkiyyətçiyə aid ağac və kol meyvələri qonşusunun ərazisinə düşürsə o, zaman meyvələr həmin torpaq sahəsinin sahibinə aiddir. Məcidov bildirir ki, bu qanun ev heyvanlarına və daşınan əşyalara aid edilmir. “Təsadüf nəticəsində öz ərazisinə keçən heyvanları və əşyalar üçün qonşu ixtiyarlı şəxsə şərait yaratmalıdır ki, əşyanı ev heyvanlarını onun mülkiyyətindən aparsınlar”.

Qeyd edək ki, əgər ev heyvanı qonşunun ərazisinə keçən zaman ona ziyan vurubsa, mülkiyyətçi ondan təzminat tələb etsin. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar