Ölkə

Qız Qalasının şəffaf şüşə konstruksiya quraşdırılıb

1,4 metr hündürlükdə olan konstruksiya kənardan görünmür

· Xəbərçi
Qız Qalasının şəffaf şüşə konstruksiya quraşdırılıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin sifarişi ilə Qız Qalası abidəsinin baxış meydançasında şəffaf şüşə konstruksiyası quraşdırılıb. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şüşə konstruksiya kənardan görünmür. Eyni zamanda tarixi abidənin xarici görüşünə xələl gətirməyən konstruksiya 1,4 metr hündürlükdə olmaqla baxış meydançasının kənarları boyunca yerləşdirilib. Örtük ziyarətçilərə şəhərin mənzərəsini seyr etməyə heç bir maneə yaratmır. Konstruksiya dəyişkən hava şəraitinə, güclü küləyə davamlıdır və istənilən zaman abidəyə zərər gətirilmədən demontaj edilə bilər.

Şüşə konstruksiyanın quraşdırılmasında məqsəd 28 metr hündürlüyü olan abidənin baxış meydançasına qalxmış ziyarətçilərin təhlükəsizliyini təmin etməkdir.

Şərhlər