Qış vaxtına keçdik
31 Oktyabr 2010 Bazar 10:25
Əqrəblərin bir saat geri çəkilməsi ilə Azərbaycan "yay vaxtı" ləğv olundu.
Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində yay vaxtı bir neçə dəqiqə əvvəl əqrəblərin bir saat geri çəkilməsi ilə ləğv edildi. “Qış vaxtı” martın sonuncu bazar gününə (26 mart 2011-ci il) qədər davam edəcək.

“Qış vaxtı”na keçid bir sıra ölkələrdə elektrik enerjisinə qənaət kimi qəbul edilir. Energetiklərin fikrincə, saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və təbii qaza qənaət etməyə imkan verir. Amma Azərbaycanda hələ bu vaxta qədər qış-yay vaxtına keçməklə elektrik enerjisinə və mavi yanacağa nə qədər qənaət edildiyinin statistikasını aparan olmayıb. Bəziləri saat dəyişikliyinin əleyhinə çıxır. Onların fikrincə, bunun insanların sağlamlığına vurduğu zərər iqtisadiyyatın qazandığından daha çoxdur. Belə ki, orqanizm hər yarım ildən bir yeni həyat ritminə uyğunlaşmalıdır. Yeni vaxta keçid ürək-damar xəstəliyindən əziyyət çəkənlər üçün daha çətin olur.

Xatırladaq ki, saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Qonşu Rusiyada ilk dəfə 1917-ci ildə yay vaxtına keçilib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Yay və qış vaxtına keçid qaydalarına qoşulmayan ölkələr də var. Onların sırasına Gürcüstan, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar