“QƏŞŞŞŞƏNG” in sonuncu tirajı keçirilib
18 Yanvar 2011 Çərşənbə Axşamı 10:50
“Unibank”da pul köçürmələrini göndərən və alan müştərilər arasında keçirilən lotereya kampaniyasınına 19 min insan iştirak edib.
“Unibank”da pul köçürmələrini göndərən və alan müştərilər arasında keçən “QƏŞŞŞŞƏNG” lotereya kampaniyasının sonuncu 4-cü tirajı keçirilib. “Mobitel” şirkətinin dəstəyi ilə təşkil olunan bu aksiyada dekabr ayındakı təcili pul köçürmələri əməliyyatları aparan daha 50 müştəri “Nokia Supernova 7210” mobil telefonları qazanıb. Bütün qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunublar. Onların tam siyahısı “Unibank”ın rəsmi saytında (www.unibank.az) və “ZAMAN-Azəri” qəzetinin ötən şənbə günü çıxan nömrəsində açıqlanıb.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə əsasən, ən azı 300 USD, EUR və ya 9000 RUR həcmdə təcili pul köçürməsi göndərən və ya alanlar uduşların oynanılmasında iştirak ediblər. Nəticədə, ötən ayın yekunlarına görə, bankın 4581 müştərisi “QƏŞŞŞŞƏNG” kampaniyasına qoşularaq, lotereyada iştirak üçün şans qazanıb.
“QƏŞŞŞŞƏNG” kampaniyası çərçivəsində “Unibankla pul köçürün və ya alın, Mobitel zəmanətli Nokia Supernova telefonları qazanın!!” tirajlı stimullaşdırıcı lotereyada ümumi hesabla 19 minə yaxın müştəri iştirak edib.
Xatıladaq ki, hazırda “Unibank” səkkiz pul köçürmələri sistemi - “Western Union”, “Faster”, “Xpress Money”, “Bıstraya Poçta”, “Coinstar”, “BLİZKO”, “Zolotaya Korona”, “Contact” ilə işləyir. 2010-cu ildə Bankda pul köçürmələrinin həcmi 94% artıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: