Qəbələdə Biomüxtəlifliyə Sərmayələr ilə bağlı tədbir keçirilir
05 İyul 2010 Bazar Ertəsi 12:45
Tədbirdə bildirilib ki, Azərbaycan ərazisinin 10,1%-i xüsusi mühafizə olunan təbiət əraziləridir.
Bu gün Qəbələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədi ilə konfrans işinə başladı. “Biomüxtəlifliyə sərmayələr və yaşıl iqtisadiyyata yardımın artırılması” mövzusunda ekspertlər səviyyəsində keçirilən seminarı açan Azərbaycan tərəfdən çıxış edən ekologiya və təbii sərvətlətr nazirinin müavini Firdovsi Əliyev qonaqlara ölkənin ekosistemindəki biomüxtəliflik üzrə aparılan işlər barədə məlumat verib.

O, qeyd edib ki, atıq bu sahədə Azərbaycanda fəaliyyət proqramı da təsdiq edilib. Onun sözlərinə görə, Azərbaycan Biloji Müxtəliflik Konvensiysasının məqsədlərinə çatmaq istiqamətində ən ciddi addımlar atmış ölkələr siyahısına aiddir. "2002-ci ildə xüsusi mühafizə olunan təbiət əraziləri respublikanın ərazisinin 4,5%-i etdiyi halda, hazırda bu rəqəm 10,1%-ə çatdırılıb. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 224 min insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub".

Tədbirdə Avropa üzrə Proqram Koordinasiyası və Ekosistemlərin idarə edilməsi alt proqramının əlaqələndiricisi xanım İvonna Hiquero bildirdi ki, hazırda Şərqi Avropa və Qafqaz ölkələri mühafizə olunan əraziləri artırmaqdadırlar. “Bunun üçün bizim kifayət qədər ambisiyalarımız var. Bioloji müxtəlifliyin qorunması üzrə vahid tədbirlər planı işlənib hazırlanmalıdır. Bu sahəyə böyük investisiyalar ayrılmalıdır”-deyə, İ.Hiquero vurğulayıb.

Qeyd edək ki, tədbirdə Gürcüstan, Almaniya, Ukrayna, Serbiya, Niderland, Çernoqoriya, Qırğızıstan, Türkmənistan, Rusiya və digər ölkələr ilə birlikdə 30-a yaxın dövləti təmsil edən ekspertlər iştirak edirlər. İyulun 7-də tədbirlərin davamı olaraq iştirakçı ölkələrin Nazirlər Konfransı baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar