Qazprom qiyməti artırır
14 Fevral 2011 Bazar Ertəsi 23:37
Bu il avropalı istehlakçılara "mavi yanacağ"ın 1000 kubmetri 352 dollara satılacaq
Rusiya 2011-ci ildə Avropaya satdığı qazın qiymətini artıracaq. “Qazprom”un idarə heyətinin sədr müavini Aleksandr Ananenkov bu il avropalı istehlakçılara "mavi yanacağ"ın 1000 kubmetrinin orta hesabla 352 dollara satılacağını bildirib. Bu da 2010-cu ildəki qiymətdən təqribən 45 dollar yüksəkdir.
Proqnozlara görə, “Qazprom” il ərzində bu regiona 151,5 milyard kubmetr qaz nəql edəcək. Yaxın xaricə ixrac olunacaq yanacağın qiyməti isə orta hesabla 17 dollar artaraq 250 dollara çatacaq.
DOSTLARINLA PAYLAŞ: