Qazaxda 4 buynuzlu qoç doğulub
07 Yanvar 2011 Cümə 10:25
Qoçun buynuzlarından ikisi düz, ikisi isə əyridir
Müasir dünyamızda qəribəliklər çoxdur. Bu özünü xüsusilə heyvanlar üzərində göstərir. Məsələn, indiyə qədər 2 gözlü, 5 hətta 6 ayaqlı quzunun doğulmasına təsadüf etmişik. Əksər insanlar bunu Allahın möcüzəsi kimi qəbul edir. Baytarlar isə adətən qeyri-adi heyvanın doğulmasını düzgün olmayan mayalanma ilə izah edir.
Belə heyvanlardan biridə Qazax rayonunun Xanlıqlar kəndində doğulub. Dörd buynuzlu qoç ətrafdakı insanların təəccübünə səbəb olub. Heyvanın davranışında isə təəccüblənməli bir şey yoxdur. Çünki o hərəkəti və qidalanması ilə başqa qoyun-quzudan fərqlənmir. Qoçun buynuzlarından ikisi düz, ikisi isə əyridir.
Heyvanın doğulduğu təsərrüfatın sahibi Əsgər Əsgərovun sözlərinə görə, qoç digər heyvanlardan yalnız buynuzu ilə fərqlənir. Yəni o da digər heyvanlar kimi yeyir, içir, ətraf mühitə eyni ilə reaksiya verir.
Qeyd edək ki, Ə.Əsgərovun 15 xırda buynuzlu heyvanı var və bu heyvanlardan biri yəni 4 buynuzlu qoçun anası həmişə 4 buynuzlu erkək doğur.
Qoçun nə vaxt kəsiləcəyinə gəldikdə isə ev sahibi hələlik barədə düşünmədiyini deyir.
DOSTLARINLA PAYLAŞ: