Qarlı Bakı fotolarda
16 Fevral 2011 Çərşənbə 13:13
Nəhayət, verilən proqnozlar düz çıxdı
Gecədən başlayaraq Bakıya qar yağır. ANS PRESS qarlı Bakının fotolarını təqdim edir.

Yaxın iki gündə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağıntılı olacaq. Qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1-3° isti olacaq.
Fevralın 17-dən 18-nə keçən də gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimal olunur.

Fevralın 18-də hava buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək. Lakin Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 1°-dək isti, gündüz 4-6° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah yağmurlu hava davam edəcək. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaq.

Fevralın 18-də qərb rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar