Bakının Qaradağ rayonunun keçmiş prokuroru Tariyel Qurbanov yeni vəzifəyə təyin olunub. Bu barədə Bakı şəhər Prokurorluğundan bildirilib. Məlumata görə, baş prokuror Zakir Qaralovun əmri ilə T.Qurbanov Bakı şəhər Prokurorluğunda şöbə prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu ilin iyun ayında Tariyel Qurbanov Qaradağ rayon prokuroru vəzifəsindən çıxarılıb. O, səlahiyyət müddəti başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilib. ANSPRESS
Qaradağın keçmiş prokuroru yeni təyinat alıb
Tariyel Qurbanov Bakı şəhər Prokurorluğunda şöbə prokuroru vəzifəsinə təyin edilib.




Şərhlər