Ölkə

Qarabağ seçki bloku buraxılıb

Bu gün “Qarabağ” Seçki Bloku Sədrlər Şurasının Ümid Partiyasının qərargahında növbəti toplantısını keçirilib.

· Xəbərçi
Qarabağ seçki bloku buraxılıb
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Ümid Partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli iştirak ediblər.

“Qarabağ” seçki blokunun seçki prosesində iştirakı, fəaliyyəti, bloka olan münasibətlər ətrafında geniş fikir mübadiləsi aparılıb və yekdil rəylə “Qarabağ” seçki blokunun buraxılmış elan edilib.

Şərhlər