"Qarabağ" məğlub oldu
17 Dekabr 2010 Cümə 19:50
Ağdam təmsilçisi Salyanın "Muğan" klubuna uduzub
Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında XVIII tura start verilib. Bu gün turun dörd oyunu keçirilib. Son çempion "Qarabağ"la qarşılaşan "Muğan" Rüfət Məmmədovun 90+2-ci dəqiqədə vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edib.
"Neftçi" isə "Gəncə"nin qonağı olub. "Neftçi"dən İlqar Ələkbərovun, "Gəncə"dən Orxan Məmmədovun fərqləndiyi oyunun yekununda qalib müəyyənləşməyib - 1:1.
Bakı derbisi - "Bakı" - "İnter" oyunu qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun əvvəlində Şəhriyar Əliyevin qolu ilə hesabda irəli çıxan "Bakı" üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib. Elnur Abdulov və Daniel Genovun vurduğu qollarla rəqibini 2:1 hesabı ilə məğlub edən "İnter" "Bakı"ya mövsümdə ikinci məğlubiyyətini yaşadıb.
"Xəzər Lənkəran" isə MOİK-in qonağı olub. Nicat Həbibovun oyunun 38-ci dəqiqəsində vurduğu yeganə qolla rəqibini 1:0 hesabı ilə məğlub edən qonaq komanda turnir cədvəlində "Qarabağ"a daha da yaxınlaşıb.
Tura sabah yekun vurulacaq.
18 dekabr
Turan - Simurq
AZAL - Qəbələ
DOSTLARINLA PAYLAŞ: