Pul köçür kontur qazan
14 Fevral 2011 Bazar Ertəsi 16:12
"Parabank” təcili pul köçürmə xidmətləri üzrə kampaniyaya start verib
“Parabank” təcili pul köçürməsi xidmətlərindən istifadə edənlərə hədiyyələr təklif edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kampaniya çərçivəsində bankın “Western Union”, “Contact”, “Быстрая Почта”, “Caspian Money Transfer”, “Blizko” və digər təcili pul köçürmə sistemləri vasitəsilə pul göndərən və ya alan müştərilər mobil rabitə danışıq (kontur) kartları və ya “Parabank”ın plastik kartlarını əldə edəcəklər.

Aksiyanın şərtlərinə əsasən 200-dən 1000 AZN / USD / EUR-a qədər və ya 30 000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə operatorunun 1 manatlıq, 1001 AZN/USD/EUR və ya 30 001 RR -dan 2 000 AZN/USD/EUR və ya 60 000 RR-na qədər 2 manatlıq kontur kartı, 2001 AZN/USD/EUR və ya 60 001 RR -dan 3 000 AZN/USD/EUR və ya 90 000 RR-na qədər 3 manatlıq danışıq konturu hədiyyə veriləcək.

3 001 AZN/USD/EUR və ya 90 000 RR-dan yuxarı məbləğdə pul göndərən və ya alan şəxslər Visa Electron kartı və ya Visa Elektron kartı istəmədiyi halda 5 manatlıq kontur hədiyyə alacaq.

Qeyd edək ki, bu aksiya bankın baş ofisi və bütün filiallarında həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar