Ölkə

Prokurorluq orqanlarında yeni təyinatlar olub

Pənah Pənahov Qaradağ rayonuna prokuror təyin olunub.

· Xəbərçi
Prokurorluq orqanlarında yeni təyinatlar olub
Respublika Baş Prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müvafiq əmrlərlə baş ədliyyə müşaviri Şirinov Ceyhun Böyükkişi oğlu ikinci səlahiyyət müddətinə Bakı şəhəri Sabunçu rayon prokuroru vəzifəsinə, ədliyyə müşaviri Pənahov Fəxrəddin Pənah oğlu Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsinə, ədliyyə mayoru Hüseynzadə Mehdi Tofiq oğlu isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən azad olunaraq Tərtər hərbi prokuroru vəzifəsinə təyin ediliblər. ANSPRESS

Şərhlər