Prinsip etibarı ilə biz dialoqun tərəfdarıyıq”
14 Mart 2011 Bazar Ertəsi 11:54
“Blirsiniz ki, biz müxtəlif məsələlərlə əlaqədar ayrı-ayrı görüşlərdə müxalifət partiyalarının nümayəndələri ilə bir yerdə oluruq, mövqelərimizi ifadə edirik, diskussiyalar aparırıq. Elə bu özü də dialoq kimi bir şeydir. Ancaq prinsip etibarilə biz dialoqun tərəfdarıyıq”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, YAP heç zaman dialoqdan yaxasını yana çəkməyib: “Bu gün də mövqeyimizdə dəyişiklik yoxdur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar