Ölkə

Prezident Monteneqronun xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 26-da Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

· Xəbərçi
Prezident Monteneqronun xarici işlər nazirini qəbul edib
APA-nın məlumatına görə, M. Roçe səfərinin Azərbaycanda “Ümid” yatağının açılması ilə eyni vaxta təsadüf etməsindən məmnunluğunu bildirib, bu hadisənin Avropa və bütün dünya miqyasında əhəmiyyətini qeyd edib.

Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayan nazir bildirib ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətləri inkişaf etdirməkdir.

Dövlət başçısı “Ümid” yatağında kəşfiyyat işlərinin uğurla başa çatmasına toxunaraq, bu yataqda böyük qaz ehtiyatlarının olmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər