Prezidentlər İstanbul Bəyannaməsini imzalayıb
23 Dekabr 2010 Cümə Axşamı 22:55
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderləri bundan sonra daha çox iş görəcəklərinə inanırlar
Məlum olduğu kimi bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının İstanbulda sammiti keçirilib. Sammitdə dövlət başçıları 2010-cu ilədək gördükləri işlərdən o qədər razı qalmasalar da, bundan sonra daha çox iş görəcəklərinə inanırlar.
Dövlət başçıları xarici işlər nazirlərinin dünən müzakirə etdikləri İstanbul Bəyannaməsini qəbul edib. Mətbuat qarşısına çıxan prezidentlər sammitlə bağlı xatirə markalarının nüsxələrini imzalayıblar. Sammitdən sonra Türkiyə prezdienti adından qonaqlara nahar verilib.

Mətbuat qarşısına çıxan Abdulla Gül bildirib ki, dövlət başçıları qapalı toplantı keçirərək görməli işləri bir daha müzakirə edib. Türkiyə prezidenti bütün bölgə dövlətlərini əməkdaşlığa çağırıb.

Xatırladaq ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilat 1993-cü ildə BMT-də, bir il sonra isə İslam Konfransı təşkilatında müşahidəçi statusu alıb. Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistanın üzvü olduğu təşkilatın 9-cu sammiti 2006-ci ilin mayında Bakıda, 10-cu sammiti isə ötən il Tehranda baş tutmuşdu. Növbəti sammitin ünvanı da elə Bakı olacaq.





DOSTLARINLA PAYLAŞ:

oyunlar