Azərbaycan prezidenti İlham Əliyev noyabrın 25-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.