Prezident Tarix Muzeyinə 1 milyon manat ayırdı
17 Mart 2011 Cümə Axşamı 00:07
Prezident Tarix Muzeyinə 1 milyon manat ayırdı. Muzeyin maddi-texniki bazası gücləndiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasında, tədqiqi və təbliğində xüsusi xidmətləri olan Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə dövlət başçısı qərara alır ki, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarının restavrasiyası, habelə tarixi əhəmiyyətli yeni muzey əşyalarının alınması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 1,0 milyon manat məbləğində vəsait ayrılsın.

Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsinin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb. AMEA Rəyasət Heyəti ayrılmış vəsaitdən Milli Azərbaycan Tarixi Muzeyinin təqdim etdiyi plana əsasən aidiyyəti üzrə istifadə olunmasına nəzarəti təmin etməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar