Qəzetin əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edildilər.
Prezident İlşam Əliyev yaranmasının 20 illiyi qeyd edilən “Səs” qəzetinin əməkdaşlarının mükafatlandırılması ilə bağlı sərəncamlar imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Səs” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar Jurnalist” fəxri adı verilib:
Bayramova Zümrüd Aləddin qızı
Məhərrəmov Valeh Cəbrayıl oğlu.
Prezidentin başqa bir Sərəncamı ilə milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Səs” qəzetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Həsənov Fətulla Şirməmməd oğlu
Hüseynova Rəfiqə Kamal qızı.
ANSPRESS