Ölkə

Prezident iki nəfərə general-mayor rütbəsi verdi

Ramiz Tahirov və Şahin Məmmədovun xidmətləri nəzərə alınıb

· Xəbərçi
Prezident iki nəfərə general-mayor rütbəsi verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki nəfərə rütbə verilməsi ilə bağlı Sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Dövlət başçısının Sərəncamı ilə polkovnik Ramiz Firudin oğlu Tahirova general-mayor hərbi rütbəsi verilib.

Digər bir Sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Qərargahı rəisinin birinci müavini Şahin İsgəndər oğlu Məmmədova general-mayor hərbi rütbəsi verilib.

Şərhlər